Hindistan “S-400″lər üçün ilk avansı ödədi – Dehlidən Vaşinqtona tərs sillə

Hindistan 5 ədəd S-400 zenit-raket kompleksinin alınması üçün Rusiyaya 5,43 milyard dollar ödəniş edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın baş nazirinin müavini Yuri Borisov açıqlayıb.

Hindistan və Rusiya arasında S-400 raket sistemlərinin satışı ilə bağlı razılıq 2018-ci ilin oktyabrında imzalanıb.

Sazişin imzalanmasından təqribən 1 il sonra Hindistan Rusiyaya ilk avans ödənişini edib. Komplekslərin Hindistana çatdırılması 18-19 ay ərzində həyata keçiriləcək.

ABŞ sözügedən məsələ ilə bağlı razılığı tənqid edib, hətta Hindistanı müqavilədən imtinaya məcbur etmək üçün investisiya razılaşmalarının ləğvi ilə hədələyib.

Lakin göründüyü kimi, Vaşinqtonun bu təzyiqləri nəticəsiz qalıb.

Firuzə Alimova

COP29