Hindistanda 167 nəfər istidən ölüb

Bu il aprelin 1-dən indiyədək Hindistanda 167 nəfər istidən ölüb.

Bu barədə “Deccan Chronicle” məlumat yayıb. Məlumatlar ölkənin Telenqana ştatına aiddir. Ölümün dəqiq səbəbləri yaradılmış komissiyanın hesabatından sonra məlum olacaq. Bildirilir ki, son günlər Telenqanada temperatur 40 dərəcədən aşağı düşmür. Ştatın bəzi bölgələrində isti 47 dərəcəyə kimi qalxır.

2016-cı ildə Hindistanda istidən 700 nəfər ölüb.

Yenicag.az

Loading...