Hindistanda baş verən təbii fəlakət 50 can aldı

Hindistanın şimalında və şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, son üç gündə təbii fəlakət nəticəsində azı 50 nəfər həlak olub.

Uttarxand ştatında 4 nəfər həlak olub, daha 13 nəfər itkin düşüb.

Qonşu Odişa ştatında səlahiyyətlilər aramsız yağışlar zamanı 6 nəfərin öldüyünü qeydə alıb.

Odişada da fırtına 800 min insana zərər verib, minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb.