Hindistanda buzlaq uçqunu – 150 nəfər itkin düşdü / VİDEO

Hindistanda buzlağın uçması nəticəsində 150 nəfər itkin düşüb. Onların həlak olması ehtimal olunur.

Yenicag.az xəbər verir ki, hadisə ölkənin şimalında, Uttarkhand ştatında baş verib. Baş verən uçqun Dxauliqanq çayının daşqınına səbəb olub, çayda tikilən elektrik stansiyasına zərər dəyib.

İtkin düşənlərin əksəriyyəti “Rişiqanqa” hidroelektrik stansiyasının fəhlələridir. Əraziyə Hind-Tibet sərhəd polisinin iki qrupu və Təbii Fəlakətlərin Qarşısının alınması üzrə Milli Qüvvələrin 3 qrupu cəlb edilib.

Böyük buz kütlələri Himalay dağlarının Alaknanda və Dxauliqanq çaylarının yaxınlığına düşüb və yüksək dağ rayonlarında daşqına səbəb olub.

Daha əvvəl ANI agentliyi buzlağın əriyərək enişindən sonra Dxauliqanq çayında suyun səviyyəsinin qalxması barədə məlumat yayıb. Hadisə zamanı çayda tikilən elektrik stansiyasına da zərər dəyib.