Hindistanda daşqınlar: 33 ölü, 6 yaralı

Hindisanın Mumbay şəhərində baş vermiş leysan və daşqılar nəticəsində 33 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, ölüm hallarının əksəriyyəti iki torpaq sürüşməsi nəticəsində qeydə alınıb. 3 nəfər isə elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Mumbay şəhərində ən yüksək, “qırmızı” təhlükə səviyyəsi elan edilib. Ölüm hallarının artacağı istisna olunmur.