Hindistanın şimal-şərqində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 48-ə yüksəlib.
Yenicag.az xəbər verir ki, ölkənin Meteorologiya Departamentinin qırmızı həyəcan siqnalı verdiyi şimal-şərq ştatlarına güclü yağışlar və daşqınlar təsir etdiyi, Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayının 48-ə yüksəldiyi bildirilib.
Daşqından zərər çəkən evlərə görə minlərlə insanın bölgədən təxliyə edildiyi bildirilib.
İsmayıl Bakuvi