Hindistanda dəhşətli partlayış: 6 nəfər öldü

Dehlidə ventilyator pərlərinin istehsalı zavodunda partlayış baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 6 nəfər ölüb.

Daha 8 nəfər yaralanıb. Xəsarət alanların vəziyyəti ağırdır.

Polis partlayışa səbəb kimi qurğulardan birində baş verən nasazlığı göstərib.

Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər. Araşdırma aparılır.