Hindistada baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.
Yenicag.az xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, hadisə Hindistanın Ximaçal-Pradeş ştatında baş verib.
Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
***
Hindistanın şimalında şiddətli yağışların səbəb olduğu sürüşmə nəticəsində 6 nəfər ölüb.
Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, şiddətli leysan yağışları səbəbindən Urla kəndindəki mərkəzi yolda meydana gələn torpaq sürüşməsində 2 avtobus və 3 minik avtomobili torpaq altında qalıb.
Həmçinin güclü yağış, yaşayış evlərinə də ziyan vurub.
Qeyd edək ki, bir ay öncə ölkənin qərbində sel nəticəsində 218 nəfər həlak olmuşdu.