Hindistanda güclü yağışdan sonra baş verən daşqın və torpaq sürüşmələrində 6 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, Hindistanın Sikkim əyalətinin şimalında yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.
Teesta çayının daşması nəticəsində 50-yə yaxın ev qismən zədələnib və ya dağılıb. Körpülərə və yollara da ciddi ziyan dəyib. Səlahiyyətlilər 6 nəfərin öldüyünü bildirib.
İsmayıl Bakuvi