Hindistanda ötən sutka ərzində koronavirusa 49 min 310 yoluxma qeydə alınıb. Bu, Hindistanda gündəlik yoluxma üzrə yeni rekorddur.
Yenicag.az xəbər verir ki, bu barədə Hindistanın Federal Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə ümumi yoluxma hallarının sayı 1 milyon 287 min 945 nəfərə çatıb. Ötən sutka ərzində infeksiyadan 740 ölüm baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 30 mini ötüb.
Nazirlik virusa yoluxanların təxminən 63 faizinin sağaldığını açıqlayıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından 3-cü sıradadır.