Hindistanda koronavirusa yoluxanların sayı 2 milyonu keçdi

Hindistanda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib.

Yenicag.az xəbər verir ki, Hindistan ABŞ və Braziliyadan sonra bu göstəricini keçən üçüncü ölkə olub.

Qeyd olunur ki, son 1 milyon yoluxma ölkə ərazisində 20 gün ərzində qeydə alınıb. Son sutka ərzində isə 62 mindən çox şəxs koronavirusa yoluxub.

Bu günədək 41 673 nəfər virusdan həyatını itirib.