Hindistanda leysan 43 nəfərin ölümünə səbəb oldu

Son bir ay ərzində Hindistanın Arunaçal-Pradeş, Assam və Meqhalaya ştatlarında leysan yağışı 43 nəfərin ölümünə səbəb olub.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, təkcə Assam ştatında 27 nəfər ölüb.

Musson yağışlar çayları məcrasından çıxarıb, sürüşmələrə, ağacların aşmasına, elektrik xəttlərinin qırılmasına səbəb olub. Yağışların getdikcə gücləndiyi bildirilir.

Növbəti 2 gün üçün bu ştatlarda “qırmızı” təhlükə səviyyəsi elan olunub.