Hindistanda leysan yağışları ilə əlaqədar XƏBƏRDARLIQ

Hindistanın Tamilnad ştatında leysan yağışları nəticədində 5 nəfər həlak olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bölgədə leysan səbəbindən ən yüksək xəbərdarlıq rejimi elan edilib.

Məlumata görə, Benqal körfəzində formalaşan aşağı təzyiq zonası səbəbindən bu ştatda üç gündür yağan leysan yağışlar davam edəcək.