Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Hindistanda qatar relsdən çıxdı: 32 nəfər ölüb

Hindistanda qatarın relsdən çıxması nəticəsində 32 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi məlumata görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.

Sürətli qatarın lokomotivi və qatardakı 22 vaqondan 8-i relsdən çıxıb. Qəzanın səbəbləri hələ məlum deyil. Ancaq “Hindistan Dəmir Yolları” şirkəti təxribat versiyasını istisna etmir. Çünki hadisə baş verən regionda mao silahlıları fəaliyyət göstərir.

Yeniçağ.Az

www.yenicag.az

315