Hindistanda qayıq aşdı: 10 nəfər boğuldu

Hindistanda qayığın aşması nəticəsində 8-i uşaq olmaqla 10 nəfər çayda boğulub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Odisha ştatının ərazisində yerləşən Mahanadi çayında baş verib.

Məlumata görə, hadisə 20 nəfərlik qayığa 55 nəfərin minməsi nəticəsində baş verib.

“Odisha ştatının Fəlakətlərə Qarşı Çevik Qüvvələrin əməkdaşları, polis və yerli sakinlər birgə keçirdikləri xilasetmə əməliyyatı zamanı ölənlərin meyitləri sudan çıxarıb”, – deyə səlahiyyətlilər bildirib.

Odisha ştatının Baş naziri Nəvin Patnaik hadisə ilə bağlı başsağlığı verərək ölənlərin ailələrinə 6 min dollaradək yardım ayıracaqlarını, xəsarət alanların isə pulsuz müalicə olunacağını bildirib.