Hindistanda təlim mərkəzində partlayış – 17 yaralı

Hindistanın şimalındakı Srinaqar şəhərində təlim mərkəzində partlayış baş verib.

Yenicag.az-ın məlumatına, görə hadisə nəticəsində 17 nəfər xəsarət alıb.

Onlardan 6 nəfəri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, hadisə tələbələrdən birinin özü ilə gətirdiyi qumbaranın partlaması nəticəsində baş verib./Trend/