Hindistandan ABŞ-a sərt xəbərdarlıq: “Kimsə Rusiyadan silah almağa qarışa bilməz”

Dünyanın heç bir dövləti, o cümlədən ABŞ Hindistana Rusiyadan silah alıb-almayacağı ilə bağlı göstəriş verə bilməz.

Yenicag.az xəbər verir ki, bunu Hindistan Xarici İşlər naziri Subramaniam Cayşankar deyib.

“Biz istəməzdik ki, hansısa dövlət bizə Rusiyadan nə alıb, nə almayacağımızı diktə etsin. Bu bizə ABŞ-dan nəyisə alıb-almayacağımızı diktə etməyə bərabərdir”, – deyə o bildirib./Axar.az/