Hindistanın adı dəyişdirilir – G20-də önəmli mesaj

Hindistanın baş naziri Narendra Modi G20-nin ilk iclasında çıxış edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçinin önündə “Hindistan” əvəzinə “Bharat” yazılan lövhədən istifadə edilib.

Qeyd edək ki, Hindistan hökuməti ölkənin qədim adı “Bharat”ı yenidən rəsmi ad kimi qaytarmağa çalışırdı.

Bununla bağlı konstitusiyaya dəyişikliklər edilə biləcəyi də qeyd olunub.