Hindistanın baş naziri Narendra Modi Ukraynada müharibə başladıqdan sonra ilk dəfə bu ölkəyə səfər edəcək.
APA-nın “Reuters“ə istinadən xəbərinə görə, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan səfərin avqustun 23-də reallaşacağı, N. Modinin ölkəsinin Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə vasitəçilik təklif edəcəyi açıqlanıb
Qeyd edək ki, ABŞ və Ukrayna tərəfi onun iyulda Moskvaya səfər etməsindən narahatlığını bildirib.