Hindistanın “dəmir ledi”si vəfat etdi

15300490_1701981166783730_1691833251_nHindistanın “dəmir ledi”si Cayaram Cayalalita vəfat edib.

Yenicag.Az xarici mətbuata istinadən xəbər verir ki, Cayaram Cayalalitanın vəfatı ilə əlaqədar Hindistanda 5 günlük ümummilli matəm elan olunub.

Məlumata əsasən, o, dekabrın 5-də ürək tutmasından Çennae şəhərindəki xəstəxanada dünyasını dəyişib.

Cayalalitanın vəfatı ilə bağlı ölkədə bütün bayraqlar endiriləcək. Onun 4 dəfə böyük nazir olduğu Tamiland ştatında isə 7 günlük matəm elan olunub.
 

Yenicag.Az