!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hindistanın kosmik gəmisi Ayın atmosferində yox oldu

!Reklam – Yazi

Məlum olduğu kimi, sentyabrın 7-də Hindistan Ay missiyasını yerinə yetirən özünün “Chandrayaan-2” pilotsuz kosmik gəmisi və “Vikram” lunoxodu ilə əlaqəni itirdiyini bəyan etmişdi. Sentyabrın 8-də Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) hər ötən saat kosmik aparatın batareyasının tükəndiyini, bir neçə gündən sonra modulun işləməsi üçün heç bir gücünün qalmayacağını bildirmişdi. ISRO əlavə etmişdi ki, qısa bir müddətdə günəş panelləri vasitəsilə enerji hasil etmək mümkün olacaq, lakin bu, kosmik aparatın fəaliyyəti üçün yetərli olmayacaq.

Yenicag.az xəbər verir ki, sentyabrın 21-də ISRO bəyan edib ki, “Vikram”la əlaqəni bərpa etmək üçün ayrılan müddət sona çatıb və modulun 14 günlük enerji ehtiyatı olan batareyası da tükənib. Artıq onun tapılmasına heç bir ümid qalmayıb.

“Chandrayaan-2” pilotsuz kosmik gəmisi və “Vikram” lunoxodunun Ayın cənub qütbündə tədqiqatlar aparacaq ilk Hindistan missiyası idi. Lakin lunoxod Yerin təbii peykinin səthinə enməsinə 69 saniyə qalmış itib və 14 gün müddətində onunla rabitə əlaqəsini bərpa etmək mümkün olmayıb.

ABŞ, Rusiya və Çindən sonra Hindistan Ayın səthinə yumşaq eniş edən dördüncü ölkə olmaq iddiasındadır. Rabitə əlaqəsinin kəsildiyi “Chandrayaan-2” pilotsuz kosmik gəmisinin iyulun 22-də kosmosa buraxılmasını Baş Nazir Narendra Modi başda olmaqla bir çox insan canlı yayımda izləmişdi. “Vikram” lunoxodunun itməsi ölkədə Ay missiyası ilə bağlı sevincin məyusluğa çevrilməsinə səbəb olub./AZƏRTAC/

www.yenicag.az

6344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv