Hindistanın leysan yağışları davam edir – Şəhər su altında qaldı – Ölənlər var

Hindistanda Qucarat ştatı ərazisində 12 saat davam edən leysan yağışları səbəbindən Vişvamitri çayı daşıb.

Yenicag.az xəbər verir ki, daşqınlar nəticəsində Vadodara şəhərinin xeyli hissəsi su altında qalıb.

Vadodara və yaxınlıqdakı bəzi şəhərlər timsahların axını ilə üzləşib.

Qeyd edilib ki, məktəb və koleclər, hava limanı bağlanıb, dəmir yolunun da fəaliyyətində çətinliklər yaranıb.