!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hindistanın məşhur aktyoru Bakıda - FOTOLAR  

!Reklam – Yazi

Bu gün Hindistanın məşhur aktyoru Avinash Sachdev Bakıya gəlib.

Yenicag.az xəbər verir ki, sabah saat 12:00-da “Fairmont” otelində Bollywood ulduzunun mətbuat konfransı keçiriləcək.

“Azərbaycan-Türkiyə Evinin” dəvəti ilə paytaxtımıza təşrif buyuran aktyorun iyunun 28-də Nizami Kino Mərkəzində sevənləri ilə görüşü və imza günü olacaq.

Qeyd edək ki, Avinash Sachdev, hazırda Türkiyənin “Kanal 7” televiziyasında yayımlanan “Tatlı Bela” serialının əsas qəhrəmanıdır və Türkiyə ilə yanaşı İranda, Ərəb ölkələrində, Latın Amerikasında, Rusiyada, Azərbaycanda, Gürcüstanda və hətta Ermənistanda da çox tanınır və sevilir. Bu ölkələrdən dəfələrlə dəvət olunsa da aktyor ilk olaraq Azərbaycana gəlməyi seçib.

Yenicag.az

www.yenicag.az

2519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv