Hindistanlılar İsmayıllıda qəzaya düşdülər – FOTO

Hindistan vətəndaşları İsmayıllıda yol qəzasına düşüb.

Yenicag.az xəbər verir ki, ilkin məlumata görə, hadisə axşam saatlarında Muğanlı- İsmayıllı avtomobil yolunda, İsmayıllı rayonun Tircan kəndindən keçən hissəsində qeydə alınıb. Baş verən yol nəqliyyat hadisə nəticəsində Hindistan vətəndaşlar olan 6 nəfər ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına aparılıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Azertag/