!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hindlilər olimpiyaçılarımızı dollarla “aldı”

!Reklam – Yazi

15878855_1193353347419409_851609954_nGüləş üzrə Olimpiya mükafatçılarımız bu dəfə hindlilər üçün döşək üzərinə çıxırlar. Yeniçağ.az xəbər verir ki, Toğrul Əsgərov, Mariya Stadnik və Cəbrayıl Həsənov Hindistan Liqasında mübarizə aparacaqlar.

Onlar müəyyən məbləğ qarşılığında həmin ölkənin klublarını təmsil edəcəklər. Belə ki, “CDR Punjab Royals” klubu Toğrul Əsgərovu (65 kq.) 15 günlük heyətinə qatmaq üçün güləşçiyə 35,00,000 INR (52.150 dollar) ödəyib. “Revanta Mumbai Maharathi” Cəbrayıl Həsənova (74 kq.) 43,00,000 INR (63.640 dollar), “Colors Delhi Sultans” klubu isə Mariya Stadnikə (48kq.) üçün 47,00,000 INR (70.030 dollar) məbləğində pul ödəyərək, klublarına cəlb edib.
Təbii ki, yığmamızın üzvlərinin Hindistan Liqasında çıxış etməsi üçün Azərbaycan Güləş Federasiyasının xüsusi icazəsi olub.

Qeyd edək ki, Cəbrayıl Həsənov ilk görüşündə qələbə qazanıb. Qadınlardan ibarət yığmamızın üzvü Mariya Stadnikin qohumu, Ukrayna millisinin güləşçisi Alina Stadnik (75 kq.) də Hindistan Liqasında çıxış edir. O da Mariya ilə eyni klubda çıxış edir. Ona ödənilən mükafat isə 600000 INR (88.800 dollar) məbləğindədir.
Yanvarın 2-də start götürən yarış ayın 19-na qədər davam edəcək.

 

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv