Hirkan Milli Parkında yanğın söndürüldü

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb. 

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

İlkin hesablamalara görə, təqribən, 100 hektar sahədə quru ağac, kol-kos və xəzəl yanıb.