Hirkan Milli Parkında yanğın

Lənkəran rayonunun Təngivan kəndində Hirkan Milli Parkın ərazisində kol-kos və qismən ağaclar 1 ha sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a məlumat verilib.

Parkın qalan ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.