Hisslərini içində boğan Abbas Qəhrəmanov: “Əsəbiləşəndə…” – Fotolar

Tanınmış aktyor Abbas Qəhrəmanov film təqdimatlarının birində fotokameramıza tuş gəlib.

Son vaxtlar çəkildiyi “Ögey ana” serialındakı mənfi obrazına görə səs-küy yaradan aktyor Yenicag.az-a açıqlama verib.

O, film və seriallarda mənfi rolda çıxış etməsinə baxmayaraq, həyatda sakit insan olduğunu deyir:

“Əsasən mənfi obrazlar yaradıram. “Ögey ana” serialındakı Zakir obrazı da bu qəbildəndir. Zakir aqressiv, kinli bir xarakterdir. Gəlinini atasının evinə həsrət qoyur, çox sərt ailə başçısıdır, oğlunun ailə işlərinə belə müdaxilə edir. Çox qəribədir ki, bununla belə tamaşacılarım mənə nifrət etmir, əksinə, onların rəğbətini hiss edirəm. Bəzi insanlara elə gəlir ki, real həyatımda da oynadığım obrazlar kimi sərt, aqressiv, əsəbiyəm. Heç də belə deyil. Həyatda sakit təbiətli insanam. Əsəbiləşəndə içimdə burulğan əmələ gəlir, amma qəzəbimlə özümə zərbə vururam, başqasına yox”.

Cəvahir
Foto: Cəmalə

COP29