İttifaq ölkələrinə məğlub olduqdan sonra intihar etdiyi rəsmi şəkildə təsdiqlənmiş Hitlerin 1955-ci ilə qədər sağ olduğu üzə çıxıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, CIA-nın yayımladığı sənədlərdə Nasist Almaniyasının liderinin ölmədiyi və Cənubi Amerikada gizləndiyi bildirilir. Bu sənədlərə əsasən, iddia olunub ki, diktator Berlində intihar etməyib, Kolumbiyaya qaçıb. Hətta onun 1955-də ildə Kolumbiyada çəkilmiş fotosu da yayımlanıb.
“Cimelody-3” kod adlı casus da vaxtilə Hitlerin sağ olduğunu iddia etmişdi. Flip Sitroyen adlı əsgər isə ayda bir dəfə Kolumbiyada Hitler ilə görüşürmüş. Flip Sitroyen 1955-ci ildə ölkəni tərk edir və Hitlerlə əlaqələri kəsilir.
Bu məlumatların hamısı CIA-nın gizli olmayan sənədlərində qeyd olunub.
Həmçinin, sovet mənbələrində də Hitlerin ölməməsi ilə bağlı iddialar mövcud idi. Lakin, Stalin dövründə bu iddialar qətiyyətlə təkzib olunmuşdu.