Hitlerin unitazının qapağı satılır – FOTO

Adolf Hitlerin Bavariya yaylalarındakı evindən götürülən unitaz qapağı satışa çıxarılacaq.

Yenicag.az xəbər verir ki, Hitlerin Berqofdakı evinin hamamından çıxarılan unitaz qapağının hərrac yolu ilə satılması nəzərdə tutulur.

Unitaz qapağının ilkin qiymətinin isə 15 min funt sterlinq (təxminən 35 min manat) olacağı bildirilir.

Qeyd edək ki, sözügedən unitaz qapağı Hitlerin Berqofdakı evini yağmalayan ABŞ hərbçisi Raqnvald Borşun ailəsi tərəfindən satışa çıxarılacaq.