Hizbullah lideri İrandan İsraillə münaqişəyə qarışmamağı tələb edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Hizbullah lideri Həsən Nəsrullah İranın “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaniyə deyib ki, Hizbullah İsraillə müharibə başlayarsa, təkbaşına döyüşəcək və Tehranı müdaxilə etməməyə çağırıb.
Xatırladaq ki, fevral ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələrinin komandanı Sepah-e-Qods Qaani Beyrutda Hizbullah lideri Nəsrullah ilə görüşüb.
Mənbənin sözlərinə görə, Nəsrullah Qaanini əmin edib ki, İsraillə münaqişə kəskinləşərsə, İranın müharibəyə cəlb olunmasını istəmir.
“Hizbullah təkbaşına döyüşəcək”, – Nəsrullah deyib.
Xuraman Etibarlı