Hizbullah İŞİD-ə qarşı hücumları dayandırıdı

Hizbullah və Suriya ordusu İŞİD terrorçularına qarşı Livanla sərhəddə hücumların dayandırılmasını elan ediblər.

Yenicag.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs qərarı İŞİD-lə razılaşdırılıb.

Razılığa əsasən Suriya ordusuna təslim olan İŞİD üzvləri Deyr ez Zor bölgəsinə göndəriləcək və terrorçular tərəfindən əsir götürülən Livan əsgərləri də sərbəst buraxılacaq.

Yenicag.Az

COP29