İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.
İsrail ordusu ““Hizbullah”ın lideri olduğu 32 il ərzində Nəsrullahın çox sayda İsrail vətəndaşının və əsgərinin qətlinə, həmçinin minlərlə terror hücumunun planlaşdırılmasına və həyata keçirilməsinə görə məsuliyyət daşıdığına” diqqət çəkib.
İsrail ordusunun bəyanatından sonra bütün diqqət “Hizbullah”a çevrilib. Məlumatla bağlı açıqlama verən “Hizbullah” mənbələri “Dünən axşam saatlarından etibarən Nəsrullahla heç bir əlaqə yoxdur” deyib.