Hizbullah hərəkatının lideri Şeyx Nəsrulla Türkiyənin PKK-nı bombalamasına qarşı çıxıb. Əsəd rejiminin ən böyük tərəfdarlarından biri kimi tanınan Hizbullah lideri Türkiyənin PKK-ya qarşı hücumlarını kəskin tənqid edib.
Yenicag.az xəbər verir ki, Şeyx Nəsrulla Türkiyənin məhz İŞİD-i qorumaq üçün bu cür siyasət apardığını vurğulayıb.
“ Şübhəsizdir ki, Türkiyə İŞİD-ə hər cür yardım göstərir. Bu səbəbdən hökumət İŞİD-i qorumaq məqsədilə PKK-nın eyni zamanda DHKP-C-nin azadlıq fədailərini hədəfə alıb. Türkiyə, eləcə də Səudiyyə Ərəbistan və ABŞ hökumətləri İŞİD üzərində daim nəzarət etməyi düşünürlərsə, deməli hələ də xəyallar aləmindədirlər” –deyə Hizbullah lideri sözlərinə əlavə edib.