Livanın “Hizbullah” qruplaşması İsrail ərazisinə növbəti zərbələr endirdiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunur ki, İsrailin şimal-qərbindəki Akko şəhəri yaxınlığında yerləşən hərbi-sənaye müəssisəsi pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Bundan başqa, yəhudi dövlətinin şimalında, Livanla sərhədə yaxın Kiryat Şmona şəhərinə də bir neçə raket atılıb. Hücumların nəticələri barədə məlumat verilmir./unikal