“Hizbullah”ın Mərkəzi Şurasının üzvü Nabil Kauk öldürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 28-də həyata keçirdiyi hava hücumu nəticəsində məhv edilib.
Şeyx Nabil Kauk “Hizbullah”ın idarə edilməsində mərkəzi fiqurlardan biri olub və hərbi əməliyyatlarla bağlı bir sıra strateji məsələlərə cavabdeh idi./Qafqazinfo/