Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Hizbullah”ın yeni komandirinin adı məlum oldu

hizb_y_ullah-300x210“Hizbullah” təşkilatının hərbi qanadının yeni rəhbəri Mustafa Muqniyə təyin olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar keçmiş komandir Mustafa Bədrəddinin Suriyada öldürülməsindən sonra atılıb.
Mustafa Muqniyənin təşkilatın xüsusi xidmət orqanlarının keçmiş rəhbəri olmuş İmad Muqniyənin kiçik oğlu olması məlumdur.

1983-cü ildə anadan olan Mustafanın anası Mustafa Bədrəddinin bacısı olub. Uşaq yaşlarında “Hizbullah”ın diversiya fəaliyyətində iştirak edən Muqniyə İranda təhsli alıb.
Onun atası İmad 2008-ci ilin fevralında, böyük qardaşı Cihad isə 2015-ci ilin yanvarında İsrail xüsusi xidmət orqanları tərəfindən öldürülmüşdü.

www.yenicag.az

164