!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hizbullahlar və vəhhabilər ölkəmiz üçün ciddi təhlükədir”

!Reklam – Yazi

fazilmustafaesas17Millət vəkili Fazil Mustafa Milli Təhlükəsizlik Nazirliyinin Bakıda keçirdiyi xüsusi əməliyyat zamanı “vəhhabi”lərin saxlanılmasına münasibət bildirib.

O, açıqlamasında bildirib ki, Azərbaycanda radikal dini cərəyanlara qarşı kifayət qədər mübarizə aparılır: “Bu, ölkənin təhlükəsizliyinin təmin olunması və müəyyən proseslərin qarşısının alınması baxımından faydalıdır. Bir qrup insan onsuz da İran sisteminin təsiri ilə təhsil olunmuş bir dinin tərəfdarıdırlar. İndi isə başqa ölkələrin, xüsusi ilə Ərəbistan yarımadasından gələn ayrı-ayrı cərəyanların təsiri ilə fərqli anti-İran mövqeyində olan daha təhrif olunmuş ciddi islam anlayışını cəmiyyətə təqdim etməyə çalışırlar. Buna görə də dövlət orqanları gələcək Azərbaycan üçün bu addımı atmağa məcburdurlar”.

F.Mustafa “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbovun da həbs edilməsi məsələsinə toxunub. O, məhkəmə olmamış kimsə haqqında fikir söyləməyin düzgün olmadığını deyib: “Hər halda ümid edək ki, bu məsələlər həqiqətən də başqa ölkələrdən idarə olunan dini qrupların zərərsizləşdirilməsi tendensiyasıdır. Adların hallanması nə dərəcədə doğrudur bilmirəm, məsuliyyət fərdirir və kiminsə həbs olunması özünün əməlinə görədir. Ona görə də bu tendensiyanın davam etməsi Azərbaycan cəmiyyətində müəyyən mənada təhlükəsizlik üçün təminat yaradan prosesdir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda iki tendensiya təhlükə yaratmağa başlayır: “Onlardan biri hizbullahlaşma, ikincisi isə vəhhabiləşmədir. Bu iki qrup Azərbaycanın gələcəyi üçün ciddi təhlükədir. Ona görə də hər ikisinə qarşı mübarizə aparmaq lazımdır ki, ölkəmiz islam dinindən uzaq düşüncə daşıyıcılarına çevrilməsin”.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi Bakıda “vəhhabi”lərə qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində 42 nəfər saxlanılıb. Saxlanılanlar arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var(Aznews)

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv