Yaponiyanın Hokkaydo adası sahillərində 5 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, “UTC” vaxtı ilə saat 02:24-də qeydə alınmış yeraltı təkanların episetnri Sapporo şəhərindən 354 kilometr şərqdə və Rusiyanın Yujno-Kurilsk şəhərindən 28 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 100 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.