Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Hökumət 2008-ci il böhranında atdığı uğurlu addımları indi tamamilə əks tədbirlərlə əvəzləyib” - Keçmiş maliyyə naziri

Reklam: Sinerji Pro

“İndiki durumda rüsum və vergi dərəcələri azaldılmalıdır ki, xalqın əlində olan pul kütləsi artsın”.

Bu fikirləri son həftələrdə “Dövlət rüsumu haqqında” qanuna nəzərdə tutulan təqribən 250 dəyişikliyə əsasən, hökumətin rüsumları artırmaq siyasətini şərh edən sabiq maliyyə naziri, professor Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Keçmiş nazirin fikrincə, rüsum və vergilərin artırılması mövcud vəziyyətə adekvat addımlar deyil:

“Bu artımlar ölkə iqtisadiyyatında ciddi zərərlərə gətirib çıxarıb və heç də yaxşı nəticə verməyəcək. Ümumiyyətlə, rüsum və vergilərin artırılması, Mərkəzi Bankın faiz dərəcəsini qaldırması mövcud vəziyyətə adekvat addımlar deyil. Əksinə, indiki durumda rüsum və vergi dərəcələri azaldılmalıdır ki, xalqın əlində olan pul kütləsi artsın və bununla da iqtisadiyyatda canlanma yaransın. Hökumət isə tam əksini edir.

Xatırlayırsınızsa, 2008 və 2014-cü il böhranlarının yaratdığı çətinliklər məlum pandemiya səbəbindən daha da artıb. O baxımdan, 2014-cü il böhranının hələ də davam etdiyini söyləyə bilərik. Hökumət 2008-ci il böhranı zamanı indiki addımların tam əksini atdı.

Yəni vergi dərəcələri və kredit faizləri azaldıldı, büdcə xərcləri artırıldı. Nəticədə dövriyyədə olan pul çoxaldı. Məhz bu addım sayəsində böhranın təsirlərini aradan qaldırmaq mümkün oldu. Hətta postsovet dövlətləri arasında 2008-ci il böhranından ən yaxşı vəziyyətdə çıxan ölkə Azərbaycan oldu. Amma 2014-cü il böhranında hökumət demək olar, eynilə indiki addımları atdı və nəticədə iqtisadiyyata olan mənfi təsirlər daha da artdı. Mən bunu sadəcə, savadsızlıqla əlaqələndirərdim. Buna məntiqlə başqa izahat tapmaq mümkün deyil”.

A.Zeynalov

www.yenicag.az

220
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100