Nazirlər Kabineti Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə qərar verib.
Yenicag.az-ın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Qərarla dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.