Azərbaycan hökuməti Ələt Azad İqtisadi Zonası üçün torpaq alacaq.
Yenicag.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində Ələt Azad İqtisadi Zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşən xüsusi mülkiyyətdə olan 9,9185 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq.
İqtisadiyyat Nazirliyi qeyd edilən dövlət ehtiyacları üçün alınan torpaq sahəsi ilə birlikdə Ələt Azad İqtisadi Zonasının ərazisi qismində müəyyən edilmiş torpaqların hüdudları daxilində yerləşən dövlətmülkiyyətinə aid torpaq sahələrinin Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Nazirlər Kabinetinə təqdim etməlidir.