Hökumət istefa verdi – XİN başçılarının görüşü təxirə salındı

Bu ilin 19 fevral tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.

Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, buna səbəb Baş nazirin müavini, Xarici İşlər naziri David Zalkalianinin Azərbaycana səfəri Baş nazir Giorgi Qaxarianın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb.