Hökumət istefaya göndərildi – VİDEO

Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Vasilyevin digər sərəncamı ilə, Anatoli Karibovu yeni hökumət formalaşanadək müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin olunub.

Qeyd edək ki, ötən gün Dağıstanda korrupsiya ittihamı ilə hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq Təhsil naziri Şahabbas Şaxov və digər vəzifəli şəxslər saxlanılıb. Bundan əvvəl isə Mahaçqala meri Musa Musayev və şəhərin baş arxitektoru Məhəmmədrəsul Qitinova qarşı cinayət işi açılıb.