Hökümət tam tərkibdə istefaya göndərildi

Dağıstan Respublikası başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti tam tərkibdə istefaya göndərib.

Yenicag.az xəbər verir ki, adminstrasiyanın yaydığı məlumata görə, onlar tutduqları vəzifədə səlahiyyəti müvəqqəti olaraq icra edəcəklər.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Ramazan Abdulatipovun istefa ərizəsini qəbul edib.

COP29