Türkiyədə baş verən zəlzələ nəticəsində yaralananlar dərhal başqa şəhərlərdəki xəstəxanalara çatdırılır.
Yenicag.az xəbər verir ki, zəlzələ qurbalarına kömək etmək üçün prezidentin təyyarələri də səfərbər edilib.
Təyyarələr xərçəng xəstələrini, ağır yaralıları, uşaqları və yaşlıları xəstəxanalara çatdırır və ya təyyarədəkiləri tibb işçiləri anında müayinə edərək lazimi tədbirləri görür.
Bu günə qədər “CPK” təyyarəsi ilə 27, “DAP” ilə 33, “TUR” ilə isə 66 nəfər Ankaraya çatdırılıb.
Vəziyyəti daha ağır olan insanlara hava limanında tibbi müdaxilə olunub.