“Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” yaradıldı

14302991_10202517883303933_1486391542_nAzay Quliyev: “Bir çox məsələləri dialoq yolu ilə həll etmək mümkündür”

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sentyabrın 10-da “Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” təsis yığıncağını keçirildi.
Yığıncaqda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, dialoq, əməkdaşlıq hər zaman cəmiyyət üçün faydalıdır və bir çox məsələləri dialoq yolu ilə həll etmək mümkündür: “Platforma informasiya əldə etmək, fiksal şəffaflıq ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq və elektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərəcək”.
A.Quliyev deyib ki, platformanın funksiyaları və fəaliyyətinin digər məsələləri təsisatın reqlamenti ilə tənzimlənir və onun fəaliyyəti koordinator tərəfindən əlaqələndiriləcək: “Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin tədbirdə iştirak edir və parlamenti təmsil edir. Bu, Milli Məclisin Platormanın yaradılmasında maraqlı olduğunu göstərir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, bu cür dialoq xüsusi əhəmiyyət kəsb edir.
Ə.Hüseynli təəssüf hissi ilə qeyd edib ki, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əməkdaşlıq bir qədər zəifdir: “Bugünkü etimad mühitindən bir qədər səmərəli istifadə etmək lazımdır. Bu platforma ölkədə aparılan islahatlarda vətəndaş cəmiyyətinin rolunu önə çəkir, işgüzar mexanizmin qurulmasına xidmət edir. Ölkədə iqtisadi islahatlarla bağlı addımlar atılır, burada vətəndaş cəmiyyətinin rolu xüsusidir. Bir daha qeyd edirəm ki, bu işdə vətəndaş cəmiyyəti ilə dövlət qurumlarının əməkdaşlığı zəifdir. Əməkdaşlıq mühitini genişləndirməklə fəaliyyəti səmərəli etmək lazımdır”.
Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə koodinatoru Vüsal Hüseynov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə bağlı məlumat verib. O bildirib ki, “Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” səmərəli, çevik mexanizm olacaq.
Sonra qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək yeni təsis edilən platforma ilə bağlı fikirlərini bildiriblər.
Çıxış edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, qrant almaqdan məhrum ediliblər. Biz o qrantlarla çox iş görürdük: “Vətəndaş cəmiyyətinin bu gün ən böyük bəlası odur ki, siz bizi bundan məhrum etmisiz. Bizim əsas məsələmiz rayonlara getmək, bələdiyyələrlə işləmək, qadınların hüquqlarını qorumaq və sairə bu kimi işlərdir. Qadınlarla bağlı yeni qanunlar qəbul edilib, ancaq biz onu regionlara çatdıra bilmirik. Yenə də həmin zorakılıq var, erkən nikahlar artıb. Aldığımız 12-13 min pulla bu məsələləri həll etmək olmaz. Ona görə çox xahiş edirəm, bu platformada qrant məsələsinə də yer ayrılsın. Onsuz da qrantlar ayrılır. Ayrı şəhərlərdə hesablar açılır. Həmin pulları alıb vergini də Gürcüstana, Vilnüsə verirlər. O vergilərdən də bizim hökumət xaric olunub. İcazə verin o qrantlar burada alaq”.
Ə. Hüseynli isə buna cavab olaraq bildirib ki,  hər bir ölkədə olduğu kimi, Azərbaycanda da qeyri-hökumət təşkilatlarına nəzarət mexanizmi var: “Qanunlara dəyişiklik edərkən məqsədimiz hansısa qeyri-hökumət təşkilatının fəaliyyətini məhdudlaşdırmaq deyil. Biz bu fəaliyyətin şəffaf olmasına çalışırıq. Qeyri-hökumət təşkilatı adı altında elə qurumlar var ki, çirkli pulların yuyulmasına xidmət edir. Qanunla vətəndaş cəmiyyətinə xidmət edən qurumlar üçün problem yaratmır. Bütün hallarda bu məsələ müzakirə ediləcək, yəni, çalışacağıq ki, qanunlara edilən dəyişiklik vətəndaş cəmiyyətinə xidmət edən qurumlar üçün problem olmasın”.
Tədbirdə “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması”nın yaradıldığı elan edilib. Platformanın fəaliyyəti informasiya əldə etmək, fiskal şəffaflıq, ictimai təşkilatçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etməkdən ibarət olacaq.
Yığıncaqda platformanın reqlamenti də qəbul olunub. Reqlamentə əsasən, platformanın iclasları iki ayda bir dəfədən az olmamaq şərtilə koordinator tərəfindən çağırılır. Bundan əlavə, platformaya müraciət edən dövlət oranlarının, qeyri-hökumət təşkilatlarının müraciətləri cavablandırılacaq.
Əliməmməd Nuriyev platformanın koordinatoru seçilib.
Sonda Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə MEMORANDUM imzalanlb. Sənəddə deyilir:
– Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, bu sahədə beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə  5 sentyabr 2012-ci il tarixdə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.
Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, genişləndirilməsi  məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilmişdir.
Biz, aşağıda imza edən vətəndaş cəmiyyətinin təmsilçiləri, hökumət nümayəndələri və Milli Məclis üzvləri “Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün  Azərbaycanda tətbiqinin genişləndirilməsinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın, korrupsiyaya qarşı mübarizədə sosial innovasiyaların tətbiqinin verdiyi töhfəni nəzərə alaraq;
Hökumət-vətəndaş cəmiyyəti dialoqunun “Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün Azərbaycanda uğurla tətbiqinə əhəmiyyətli dəstək verəcəyinin  zəruriliyini vurğulayaraq;
“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq:
 Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinin inkişafına dəstək verilməsi,
  Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi,
 Bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin təmin edilməsi
 Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumətin Təşviqinə Dair Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının (Platforma) yaradıldığını bəyan edirik.
Platforma fəaliyyətində  şəffaflıq, qərəzsizlik, peşəkarlıq   və   əməkdaşlığa   açıqlıq   prinsiplərini əsas tutur.
Platforma aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
 İnformasiya əldə etmək, fiskal şəffaflıq, ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək və bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək;
 “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq;
 “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək;
 Təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq.
 Elektron hökuməti təşviq etmək.
Platformanın funksiyaları və fəaliyyətinin digər məsələləri Platformanın Reqlamenti ilə tənzimlənir və onun fəaliyyəti Platformanın Koordinatoru tərəfindən əlaqələndirilir.
Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçisi üçün açıqdır və bütün üzvlər bərabər hüquqlara, vəzifələrə malikdirlər.
Biz yuxarıda göstərilən məqsədlərdən çıxış edərək Açıq Hökumətin Təşviqi üzrə hökumətlə vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlığın zəruriliyini və bu prosesdə ictimai iştirakçılığın əhəmiyyətini nəzərə alaraq bu Memorandumu imzaladıq.
Dövlət orqanları:
1. Əli Hüseynli Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri 
2. Vüsal Hüseynov  Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru 
3. Kamal Cəfərov Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi  
4. Azad Cəfərli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət  Agentliyinin (ASAN) Aparat rəhbəri 
5. Orxan İsayev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi 
6. Rahim Rəhimov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi 
7. Nicat İmanov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi 
8. Zakir Hacıyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini 
9. Fərasət Qurbanov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru 
10. Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü 
 
QHT təmsilçiləri:
 
1. Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu 
2. Sabit Bağırov Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu 
3. Rəna Səfərəliyeva Şəffaflıq Azərbaycan İctimai Birliyi 
4. Vasif Mövsümov Korrupsiyaya Qarşı Mübarizə Fondu 
5. Hafiz Həsənov Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyi 
6. Mirəli Hüseynov Demokratiyanı Öyrənmə İctimai Birliyi 
7. Mirvari Qəhrəmanlı Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi 
8. Abil Bayramov Mülki Cəmiyyətə Doğru İctimai Birliyi 
9. Qadir İbrahimli  Güzəran Sosial Araşdırmalar İctimai Birliyi 
10. Ceyhun Musaoğlu “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyi 
11. İlham Səfərov “İnternyus Azərbaycan” İctimai Birliyi 
12. Nailə Həşimova Avrasiya Əməkdaşlıq Fondu 
13. Xanoğlan Əhmədov Media və Mülki Cəmiyyətə Doğru 
14. Ruhəngiz Hüseynova Qadınlar Arasında Həmrəylik İctimai Birliyi 
15. İsrail İsgəndərov  “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi 
16. Əhməd Abbasbəyli Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi 
17. Xalid Kazımov Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi 
18. Elxan Şükürlü İnformasiya, Təhlil və Planlaşdırma İctimai Birliyi 
19. Novella Cəfərova     D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti 
20. Səltənət Qocamanlı  İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi 
21. Səadət Bənənyarlı Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi 
22. Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi 
23. Əvəz Həsənov Humanitar Tədqiqatlar İctimai Birliyi 
24. Rauf Zeyni  Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu 
25. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu 
26. Şəhla İsmayıl Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti 
27. Qorxmaz İbrahimli Demokratik Seçki Mərkəzi 
28. Tamxil Hacıyev Hərbi mövzuda ixtisaslaşmış jurnalistlər İctimai Birliyi 
29. Fərid Şahbazlı İslahatçı gənclər İctimai Birliyi 
30. Rafik İsmayılov Vətəndaş cəmiyyəti uğrunda İctimai Birliyi 
31. Samir İsayev Hüquqi Düşüncə İctimai Birliyi 
COP29