Azərbaycan hökuməti ölkə vətəndaşlarını xarici ölkələrə səfər etməməyə çağırıb.
Bu barədə Yenicag.az-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.
“Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə, xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur”, – məlumatda vurğulanıb.