Hökumətin istefasından sonra parlament də buraxılır? – Prezidentdən MÜHÜM AÇIQLAMA

Kütləvi etiraz aksiyalarının səngimədiyi Qazaxıstanda növbədənkənar parlament seçkiləri məsələsi gündəmə gəlib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ölkədə nəvbədənkənar parlament seçkilərinin təşkili imkanlarının öyrəniləcəyini vəd edib.

Tokayevin bu barədə açıqlama verdiyini “Baza” Telegram kanalı iddia edib.