Hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil xidməti aktivləşdirildi – RƏSMİ

Elm və Təhsil Nazirliyinin “portal.edu.az” platformasında “Hökumətlərarası təqaüd proqramları və dövlət proqramları çərçivəsində xaricdə təhsil xidməti” aktiv edilib.

Nazirlikdən bildirilib ki, həmin xidmət Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təqaüd hesabına təhsil almaq imkanı yaradır. Müraciət edənlər müraciətlərinin statusu, nəticə, yeniliklər barədə məlumatı vaxt itirmədən və olduqları yeri tərk etmədən “Şəxsi kabinet” vasitəsilə əldə edəcəklər.
Hazırda Macarıstanda və Çində təhsil almaq üçün müraciətlərin elektron qəbulu aparılır.